Skamakka üçün 28 milyon avro
“İnter” hücum xəttini gücləndirmək istəyir. Klub Canluka Skamakka üçün “Vest Hem”ə yeni təklif göndərib.
Milanlılar futbolçu üçün 24 milyon avro, əlavə olaraq 4 milyon avro bonus təklif edib. Daha əvvəl londonluların 24 yaşlı italiyalı üçün 30 milyon avro istədiyi bildirilirdi. Futbolçu artıq milanlılarla müqavilənin şərtlərini razılaşdırıb.