Sinnerdən ilk
Rotterdamda keçirilən ATP turnirinin ikinci mərhələsi sensasiya ilə yadda qalıb. Dünyanın üçüncü raketkası Stefanos Tsitsipas mübarizəni dayandırıb.
Yunan tennisçi reytinqdə 14-cü olan Yannik Sinnerə uduzub – 4:6, 3:6. Bu, 21 yaşlı italiyalının “Top-3” təmsilçiləri üzərində ilk qələbəsi olub. O, favoritlərlə əvvəlki 8 qarşılaşmada məğlubiyyətlə üzləşib.