Simeonenin transferləri 1 milyardı keçdi
İspaniyanın “Atletiko” klubu Mateus Kunyanın transferini açıqlayıb. Almaniya “Herta”sının braziliyalı futbolçusu üçün 30 milyon avro ödənilib.
Bununla da “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin karyerası ərzində transferlərə xərclədiyi ümumi məbləğ 1 milyard avronu keçib. O, futbolçu keçidlərinə 1 milyard və ya daha çox xərcləyən 6-cı məşqçi olub. Ona qədər Joze Mourinyo, Pep Qvardiola, Karlo Ancelotti, Manuel Pelleqrini və Massimiliano Alleqri də bu rəqəmi arxada qoyub.