Simeonenin istədiyi müdafiəçi

Simeonenin istədiyi müdafiəçi

“Atletiko”nun transfer siyahısındakı daha bir futbolçunun adı bəlli olub. İspaniya klubu “Aston Villa”nın müdafiəçisi Metti Keşi heyətinə qatmaq niyyətindədir.

Madrid təmsilçisi 24 yaşlı futbolçunun keçidini yayda gerçəkləşdirməyi planlaşdırır. Keşlə ilkin danışıqlar da baş tutub. Müdafiəçinin xidmətində baş məşqçi Dieqo Simeone maraqlıdır.

Qeyd edək ki, Keş cari mövsümün 23 matçında 1 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Qolsuz seriya

Növbəti yazı

NBA-da maaş limiti dəyişdi