Simeone və futbolçuları koronavirusa yoluxdu
İspaniya “Atletiko”sunda 5 nəfər koronavirusa yoluxub. Bunu Madrid təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Dieqo Simeone və 4 futbolçunun testi müsbət nəticə verib. Bu oyunçular Antuan Qrizmann, Joao Feliks , Koke və Ektor Erreradır. Baş məşqçi və oyunçular karantinə alınıblar.