Şevçenkodan antirekord

Şevçenkodan antirekord

“Cenoa”nın baş məşqçisi Andrey Şevçenko antirekorda imza atıb. Bu,  İtaliya A seriyasının XVIII turunda rəsmiləşib.

Genuya təmsilçisi “Latsio”ya 1:3 hesabı ilə uduzub. Ukraynalı mütəxəssisin rəhbərliyi altında 6-cı matçına çıxan “Cenoa” hələ də qalib gəlməyib.

Şevçenko qələbəyə görə 3 xalın verildiyi dövrdə “Cenoa”nın ilk baş məşqçidir ki, debütdəki 6 çempionat oyununda qələbə əldə edilməyib. Bu müddətdə genuyalılar 1 heç-heçə edib və 5 dəfə uduzub. Onun yetirmələri yalnız kubokda “Salernitana”nı məğlub edib – 1:0.

ETOPAZ

Əvvəlki yazı

“Lion”un oyunu yarımçıq qaldı

Növbəti yazı

Mahir Emreli üçün 1 milyon avro