Serxi Roberto 4 ay oynamayacaq

Serxi Roberto 4 ay oynamayacaq

“Barselona”nın yarımmüdafiəçisi Serxi Robertonun taleyinə aydınlıq gəlib. Sağ bud əzələsindən zədələnən 29 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

Həmin əməliyyat Finlandiyada baş tutacaq. İspaniyalı ən az 4 ay meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Roberto bu mövsüm La Liqada 9 matçda meydana çıxıb və 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.12.2021

Növbəti yazı

“İnter” 10-a çatdı