Serena Uilyams karyerasını bitirəcəyi gündən danışdı

Serena Uilyams karyerasını bitirəcəyi gündən danışdı

Avqustda 40 yaşına girəcək olan 23 qat “Böyük Dəbilqə” çempionu Serena Uilyams karyerasını bitirəcəyi zamanın yaxınlaşmasından danışıb. O, uzun zamandır buna hazırlaşdığını, indi isə hazır olduğunu bildirib:

“Mən bu günə hazıram. 10 ildən artıqdır ki, buna hazırlaşıram. “King Riçard”a baxmısınızsa, bilirsiniz ki, atam həmişə hazırlaşmalı olduğumu deyirdi, ona görə də buna hazır idim. Sonunda hər zaman bir planın olması çox vacibdir və mənim də həmişə planım olub”.

Raketka ustası həm də analıq haqqında danışıb:

“Mən daha çox uşaq istəyirəm, əsas odur ki, balansdır və mən sadəcə onu tapmağa çalışıram. Balansı saxlamaq lazımdır. Bu isə bəzən çətin olur. Mən hələ də anayam və həyat yoldaşıyam. Ailəmə vaxt ayırmaq istəyirəm. Bir işdə yaxşı olmaq xoşuma gəlir və mən ən yaxşı ana olmaq istəyirəm”.

ETOPAZ

Əvvəlki yazı

Mane ilə Salah “Lester”ə qarşı oynamayacaq

Növbəti yazı

Günün kuponu – 11.02.2022