“Selta”dan 39 ilin antirekordu

“Selta”dan 39 ilin antirekordu

“Selta” İspaniya La Liqasında son 39 ildə özünün ən uğursuz startına imza atıb. Viqo təmsilçisi ilk 5 turda cəmi 1 xal toplayıb.

Bu antirekord V turun “Kadis”lə oyunundan sonra rəsmiləşib. Viqolular bu matçda 1:2 hesabı ilə uduzub.

“Selta” sonuncu belə uğursuz starta 1982/83 mövsümündə imza atıb. 39 il əvvəl viqolular belə startdan sonra mövsümün sonunda Primeranı tərk edib. Komanda turnir cədvəlində 18-ci sırada qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Messinin PSJ-dəki qazancı

Növbəti yazı

“Zenit”dən NBA-ya