Sautqeytdən rekord

Sautqeytdən rekord

Qaret Sautqeyt İngiltərə millisi ilə 4-cü dəfə final mərhələsində mübarizəyə başlayıb. Mütəxəssis bu göstəricidə yığmanın rekordunu təkrarlayıb.

Ona qədər yalnız Uolter Uinterbottom 4 böyük turnirdə “Üç Aslan”a rəhbərlik edib. Sonuncu DÇ-1950, DÇ-1954, DÇ-1958 və DÇ-1962-də komandanın “sükanı arxası”nda olub.

Sautqeyt DÇ-2018, AVRO-2020, DÇ-2022-də də komandaya rəhbərlik edib. İngiltərə onun başçılığı altında bütün turnirlərə qələbə ilə başlayıb. Tunisi 2:1 (DÇ-2018), Xorvatiyanı (AVRO-2020) 1:0, İranı 6:1 (DÇ-2022) hesabı ilə məğlub edən britaniyalılar AVRO-2024-də Serbiyanı bir qolla üstələyib.

ETOPAZ

Əvvəlki yazı

Fransa Avstriya ilə üz-üzə

Növbəti yazı

Günün kuponu – 18.06.2024