“Sauthempton” 120 milyona satıldı
“Sauthempton” klubunun sahibi dəyişib. Serbiyalı biznesmen Draqan Şolak İngiltərə təmsilçisinin səhmlərinə nəzarət paketini alıb.
O, səhmlərin 80 faizinə sahib çıxıb. Serbiyalı bunun üçün 120 milyon avro ödəyib.
Premyer Liqa klubunu 2017-ci ilin avqustunda alan Qao Çişen öz 80 faizini satıb. Səhmlərin digər 20 faizi isə klubun minoritar sahibi Katarina Libherrdə qalıb. Klubun baş direktoru Martin Simens də bu vəzifədəki işini davam etdirəcək.