Sane İngiltərə yolunda
“Bavariya”nın futbolçusu Leroy Sane komandanı tərk etməyə yaxındır. O, karyerasını İngiltərədə davam etdirə bilər.
Bir neçə Premyer Liqa təmsilçisi almaniyalı vingerlə maraqlanır. Sanenin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. İngiltərə klubları gələn yay onu azad agent kimi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm Bundesliqada 2 matçda meydana çıxıb.