Sanço “Borussiya”da
Ceydon Sanço Almaniyaya dönüb. Dortmund “Borussiya”sı “Mançester Yunayted”in hücumçusu Ceydon Sançonu mövsümün sonuna qədər icarəyə götürüb.
23 yaşlı ingilis futbolçu 2017-2021-ci illərdə çıxış etdiyi Dortmund təmsilçisinə geri dönüb. O, köhnə-yeni komandasında 10 nömrəli formanı geyinəcək.