Sanço “Borussiya” yolunda
“Borussiya” heyətini gücləndirməyə yaxındır. Klub Ceydon Sançonu rənglərinə bağlamaq üzrədir.
Almaniyalılar “Mançester Yunayted”lə futbolçunun icarəsi ilə bağlı razılığa gəlib. Dortmund təmsilçisi hücumçunun keçidi üçün 4 milyon avro ödəyəcək. Həmçinin, maaşının bir hissəsini ödəyəcək.
Müqavilədə sonradan transfer etmə hüququ nəzərdə tutulmur. Bildirilir ki, Sançonun tibbi müayinədən keçmək üçün bu gün Dortmunda gedə bilər.