“San-Antonio” baş məşqçi axtarır

“San-Antonio” baş məşqçi axtarır

Qreq Popoviç mövsümün sonunda baş məşqçisi olduğu “San-Antonio”nu tərk edəcək. Bu üzdən “Spers” indidən yeni çalışdırıcı axtarışına start verib.

Klub rəhbərliyi “Boston”da köməkçi məşqçi kimi çalışan Uill Hardinin namizədliyini nəzərdən keçirir. Uzun illər klubun şərəfini qorumiş Man Cinobili və Tim Dankan da namizədlər siyahısında yer alıb.

Popoviç klubdan NBA rekordçusu kimi ayrıla bilər. Bunun üçün onun yetirmələrinin cəmi 26 qələbə qazanması kifayətdir. O, Don Nelsona məxsus göstəricini qarşıdakı mövsümdə keçmək imkanına malikdir.

ETOPAZ

Əvvəlki yazı

Morata üçün “Barselona” variantı

Növbəti yazı

Fransa millisində itki