Salahdan 500 minlik tələb

Salahdan 500 minlik tələb


İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmağa qərar verib. Misirli hücumçuya yeni anlaşma təklif olunub. Premyer Liqa təmsilçisi 29 yaşlı forvardla anlaşmanı 2025-ci ilədək uzatmaq istəyindədir.
Həftədə 200 min funt sterlinq qazanan Salah bu rəqəmin 500 minə qalxmasını tələb edib. “Liverpul” rəhbərliyi bu təklifi qəbul etsə, afrikalı klub tarixinin ən yüksək ödənişli futbolçusu olacaq.
Cari mövsümdə Premyer Liqanın üç matçına çıxan hücumçu 2 qol və 2 məhsuldar ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

14-cü dəfə 1/8 finalda

Növbəti yazı

“San-Antonio”da vida