Salah yenə ən yaxşı seçildi
“Liverpul”un futbolçusu Məhəmməd Salah növbəti mükafatını alıb. O, ilin oyunçusu seçilib. Misirli hücumçu İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyasının keçirdiyi səsvermənin qalibi olub.
Salah karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2018-ci də ən yaxşısı seçilib. Məhəmməd səsvermədə “Çelsi”nin futbolçusu Meyson Maunt, “Vest Hemlə Mikael Antonio, “Mançester Siti”dən Fil Foden və Ruben Diaş, “Lester”dən Yuri Tilemansı qabaqlayıb.