Salah Premyer Liqada 100-cü qolunu vurdu

Salah Premyer Liqada 100-cü qolunu vurdu


İngiltərə “Liverpul”unun futbolçusu Məhəmməd Salah Premyer Liqada 100-cü qolunu vurub. Misirli hücumçu
IV turun “Lids”lə matçında hesabı açıb. O, yubiley uğurunu 162-ci oyununda rəsmiləşdirib.
Salah “Çelsi”də 13 qarşılaşmada 2, “Liverpul”da 149 görüşdə 98 qola imza atıb. Yalnız 4 futbolçu Premyer Liqada 100-cü qolunu Salahdan tez vurub. Bu oyunçular Alan Şirer, Harri Keyn, Serxio Aquero və Tyerri Anridir.
Xatırladaq ki, “Liverpul” “Lids”lə səfər oyununda 3:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Bençiç rəqibini gözləyir

Növbəti yazı

“Qarabağ” Azərbaycan derbisində qələbə ilə zirvəyə yüksəldi