Salah Afrikanın ən yaxşısı seçildi
Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib. “Liverpul”un misirli hücumçusu İFFHS-in keçirdiyi səsvermənin qalibi olub.
Qurum digər nominasiyalarda da ən yaxşıları müəyyənləşdirib. Eduar Mendi (Seneqal, “Çelsi”), qapıçılar, Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”) pleymeykerlər, Lassina Traore (Burkina-Faso, “Şaxtyor”) 20 yaşadək oyunçular arasında ən yaxşı adına layiq görülüb. “Əl-Əhli”nin çalışdırıcısı Pitso Mosimane klub, Əlcəzair millisinə rəhbərlik edən Camel Belmadi yığma səviyyəsində ən yaxşı baş məşqçi olub. CAR-dan olan Viktor Qomes hakimlər arasında birinci olub.