Şahmat Federasiyasında prezident dəyişikliyi
Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti hesabat-seçki konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyində baş tutub. Konfransda federasiyanın rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.
O, bu postda 2007-ci ildən çalışan Elman Rüstəmovu əvəzləyib. Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.