Sadio Maneyə yeni təklif

Sadio Maneyə yeni təklif

“Liverpul” Sadio Mane ilə yeni müqavilə imzalamağa qərar verib. Klub rəhbərliyi anlaşması 2023-cü ildə başa çatacaq seneqallı ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Mane ilə danışıqlara yaxın müddətdə start veriləcək. Ona cəlbedici şərtlər təklif olunacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçu Premyer Liqanın cari mövsümündə 12 oyunda 7 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Ən çox qazanan qadın tennisçilər

Növbəti yazı

Avstraliyadakı turnirlərin tarixləri açıqlandı