Sadio Mane La Liqa xəyalında

Sadio Mane La Liqa xəyalında

Sadio Mane “Liverpul”dan ayrılmaq variantını nəzərdən keçirir. Seneqallı futbolçu karyerasını İspaniyada davam etdirmək istəyir.

Yarımmüdafiəçi “Real” və ya “Barselona”dan alacağı təklifi qəbul etməyə qərar verib. O, bununla bağlı agentlərini də məlumatlandırıb.

Qeyd edək ki, Sadio cari mövsüm “Liverpul”da 26 oyunda 10 qol vurub. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Bundesliqada yeni format

Növbəti yazı

Uoker və Ernanqomes “Yuta”da