Sabonisə iki təklif

Sabonisə iki təklif

“İndiana”nın basketbolçusu Domantas Sabonis klubunu dəyişə bilər. Litvalı hücumçu “Finiks” və “Sakramento”nun maraq dairəsindədir. Bu klublar forvardla bağlı təklif hazırlayıblar.

“Finiks” Deandre Eyton, “Sakramento” isə Marvin Baqlini Domantasla dəyişməyə hazırdır. Bu oyunçuların öz klublarında problemləri yaranıb.

“İndiana” da oyunçusu ilə vidalaşmağın əleyhinə deyil. Klub rəhbərliyi Sabonis, Karis Levert və ya Maylz Terneri göndərməyə hazırdır.

Domantas cari mövsüm 18,2 xal, 11,9 ribaund və 4,2 ötürməyə imza atıb. O, ötən həftənin oyunçusu seçilib.

ETOPAZ

Əvvəlki yazı

Güclülərin qənimləri

Növbəti yazı

“Lids”dən antirekord