“Sabah”ın rəqibi müəyyənləşdi
Bu gün Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur. Turnirdə sözügedən raundun cavab matçları keçirilir.
Həmçinin, təmsilçimiz “Sabah”ın potensial rəqibləri də üz-üzə gəlib. Latviya RFŞ-i Şimali Makedoniyanın “Makedoniya”sını qəbul edib. İlk oyunda 1:0 hesablı qələbə qazanan latviyalılar cavab görüşündə də rəqibindən üstün olub – 4:1.
Qeyd edək ki, “Sabah” – RFŞ cütünün ilk qarşılaşması iyulun 27-də Latviyada, cavab matçı isə avqustun 3-də Bakıda keçiriləcək.