“Sabah”ın rəqibi “Xəzri” oldu

“Sabah”ın rəqibi “Xəzri” oldu

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində növbəti matç keçirilib. “Xəzri” NTD-İNDİQO ilə üz-üzə gəlib.

İlk matçda 63:61 hesabı ilə üstün olan bakılılar finala yüksəliblər. Gərgin mübarizə şəraitində keçən qaşılaşmanın taleyi overtaymda həll olunub. “Xəzri” 3-cü perioddan sonra 13 xallıq fərqi aradan götürməyi bacarıb. Əlavə vaxtda da daha yaxşı çıxış edən Murat Dikmenin komandası finala vəsiqə qazanıb – 86:81.

Qeyd edək ki, cütün qalibi finalda “Sabah” ilə qarşılaşacaq. Çempion yarımfinalda “Xırdalan”ı məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

De Bruyne Fabreqası arxada qoydu

Növbəti yazı

Mariya Stadnik Paris-2024-də