“Sabah”ın ilk rəqibi bəlli oldu

“Sabah”ın ilk rəqibi bəlli oldu

“Sabah” basketbol komandasının FIBA Avropa Kubokunun qrup mərhələsindəki ilk rəqibi müəyyənləşib. “Bayquşlar” Çempionlar Liqasının təsnifat mərhələsində məğlub olduğu İsveçin “Norrçepinq Dolfins” kollektivi ilə qarşılaşacaq.

Paytaxt təmsilçisinin növbəti iki rəqibi daha sonra məlum olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.09.2024

Növbəti yazı

İkardi məşqlərə başladı