“Sabah”dan səfər qələbəsi

“Sabah”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında XX turun ikinci günü başa çatıb. Günün son matçında Bakı klubları “Zirə” və “Sabah” üz-üzə gəlib.

Qonaqlar ilk yarının sonlarında azlıqda qalıb. Buna baxmayaraq, paytaxt derbisində məhz “Sabah” sevinib.

Murad Musayevin yetirmələri 90+9-cu dəqiqədəki penalti ilə üç xal qazanıb – 1:0. Həlledici qola Sofian Çakla imza atıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”nın futbolçusu mövsümü bitirdi

Növbəti yazı

Xavi “Barselona”nı tərk edir