“Sabah”dan qələbə, “ASCO Arena”da bərabərlik

“Sabah”dan qələbə, “ASCO Arena”da bərabərlik

Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma baş tutub.

“Səbail” “Şamaxı”nı qəbul edib. “ASCO Arena”da keçirilən matçın ilk yarısında meydan sahibləri azlıqda qalıb. Tural Bayramlı birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. İkinci hissədə də qapılara qol vurulmayıb və görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Turun mərkəzi qarşılaşması “Bakcell Arena”da baş tutub. “Neftçi” “Sabah”ı qonaq edib. Çempionluğa iddialı komandaların görüşü olduqca dramatik alınıb. Qonaqlar ilk hissədə iki qol vurmağı bacarıb. İkinci yarının əvvəlində “bayquşlar” daha bir dəfə fərqlənib – 3:0. Lakin “ağ-qaralar” ruhdan düşməyib və üstünlüyü ələ alıb. Ardıcıl iki qol vuran “Neftçi”nin daha artığına gücü çatmayıb – 2:3.

ETOPAZ

Əvvəlki yazı

Pequla finalda

Növbəti yazı

“Napoli” seriyasını davam etdirir