Pequla finalda

Pequla finalda

Dünyanın 5 nömrəli raketkası Cessika Pequla Viktoriya Azarenka ilə qarşılaşıb. O, rəqibini 7:6, 6:1 hesabı ilə məğlub edib.

Amerikalı üçün bu, cari mövsümdə 40-cı qələbədir. O, Dariya Kasatkina (40), Ons Caber (46) və İqa Şventekdən (62) sonra bu rəqəmə çatan dördüncü tennisçi olub.

Pequla mövsümün ikinci finalına çıxıb – və hər ikisi WTA 1000 turnirlərində olub. Ümumilikdə, bu, onun üçün karyerasında beşinci finaldır və o, ikinci titul uğrunda mübarizə aparacaq.

ETOPAZ

Əvvəlki yazı

“Dallas”ın tarixinə düşdü

Növbəti yazı

“Sabah”dan qələbə, “ASCO Arena”da bərabərlik