“Sabah”dan ev qələbəsi

“Sabah”dan ev qələbəsi

Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. İlk oyun günü Masazırda başlayıb.

Turnir cədvəlinin aşağı hissəsində qonşu olan “Sabah”la “Kəpəz” görüşüb. Məhsuldar keçən görüşdə 5 qol vurulub.

“Sabah” 3:2 hesablı qələbə ilə mövqeyini yaxşılaşdırıb. Bakılıların qollarına Kahim Paris, Cesse Sekidika və Kristian Silva vurublar. Qonaqların heyətində Martins Juniorla Amil Yunanov fərqləniblər.

Qeyd edək ki, bu gün turun daha bir matçı baş tutacaq. “Səbail” “Araz-Naxçıvan”ı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan 500 milyon avro

Növbəti yazı

Salah “30”a çatdı