“Sabah”dan ev qələbəsi

“Sabah”dan ev qələbəsi

Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. İkinci oyun günü “Bank Respublika Arena”da başa çatıb.

“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Matçdakı bütün qollar ilk 45 dəqiqədə vurulub.

Davit Volkovun vurduğu iki qol meydan sahiblərinə üç xal qazandırıb. Qonaqlar Əyyub Allaşın qolu ilə fərqi azaltmağa nail olub. “Sabah” 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“San-Antonio”dan erkən vida

Növbəti yazı

Ramos “Sevilya”da qalacaq