“Sabah”dan ardıcıl ikinci məğlubiyyət
Azərbaycan Premyer Liqasında 24-cü tur davam edir. İkinci oyun günü Şamaxıda başlayıb. Şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edib.
Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Amil Yunanov 72-ci dəqiqədə hesabı açıb. Beş dəqiqə sonra Aleksey Kaşuk bərabərlik qoluna imza atıb.
Matçın taleyi uzatma dəqiqələrində həll olunub. 90+5-ci dəqiqədə penaltidən yararlanan Amil dublunu rəsmiləşdirib. Bu top “Şamaxı”ya qələbə qazandırıb – 2:1.
Bölgə təmsilçisi 4 matçlıq məğlubiyyətsizliyə son qoymaqla son pilləni tərk edib. Ardıcıl ikinci məğlubiyyətini alan “Sabah” isə çempionluq mübarizəsində növbəti zərbəni alıb.
| 1 | Qarabağ | 23 | 19 | 4 | 0 | 57-13 | 61 |
| 2 | Sabah | 24 | 16 | 5 | 3 | 51-18 | 53 |
| 3 | Neftçi | 23 | 15 | 3 | 5 | 41-21 | 48 |
| 4 | Zirə | 24 | 10 | 5 | 9 | 27-31 | 35 |
| 5 | Qəbələ | 24 | 8 | 8 | 8 | 28-28 | 32 |
| 6 | Turan Tovuz | 24 | 7 | 5 | 12 | 19-29 | 26 |
| 7 | Şamaxı | 24 | 4 | 7 | 13 | 21-38 | 19 |
| 8 | Sumqayıt | 23 | 4 | 6 | 13 | 15-38 | 18 |
| 9 | Səbail | 24 | 4 | 5 | 15 | 19-41 | 17 |
| 10 | Kəpəz | 23 | 3 | 8 | 12 | 22-43 | 17 |
Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 16 qol, Ramil Şeydayev (“Qarabağ”) – 15 qol, Coy Lens Mikels (“Sabah”) – 12 qol, Emin Mahmudov (“Neftçi”) – 11 qol, Aleksey Kaşuk (“Sabah”) – 10 qol












