“Sabah”dan əzmkar qələbə

“Sabah”dan əzmkar qələbə

Azərbaycan Premyer Liqasında 5-ci tur davam edir. Bu gün daha bir matç baş tutub.

“Kəpəz” “Sabah”ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Joao Braqa hesabı açıb. Çox keçmədən Lassana Ndiaye fərqi iki topa çatdırıb. Lakin qonaqlar ikinci yarıda oyunda dönüş yaratmağı bacarıb. Öncə Coy Lens Mikels, ardınca Cesse Sekidika adını tabloya yazdırıb. Oyunda son nöqtəni də Mikels qoyub – 3:2.

ETOPAZ

Əvvəlki yazı

Şamaxıda qolsuz bərabərlik

Növbəti yazı

“Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu