“Sabah”da 2 müqavilə

“Sabah”da 2 müqavilə

“Sabah” FK qapıçıları – Yusif İmanov və Rüstəm Samiqullinlə yeni müqavilə bağlayıb. Hər iki qolkiperlə imzalanmış yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.

Qeyd edək ki, Yusif “Sabah” Futbol Akademiyasının yetirməsidir. Gənc qapıçı 2021/2022-ci il mövsümündən “Sabah”ın əsas komandasına cəlb olunur. O, əsas komandada ümumilikdə 52 oyun keçirib. Yusif Azərbaycanın əsas millisinin üzvüdür.

Rüstəm isə 2021-ci ildən “Sabah”da çıxış edir. Gənc qolkiper Azərbaycanın U-21 millisinin üzvüdür.

ETOPAZ

Əvvəlki yazı

Derbidə qollu heç-heçə

Növbəti yazı

Levandovskinin rekordunu təkrarladı