“Sabah” və “Neftçi”dən ev qələbəsi

“Sabah” və “Neftçi”dən ev qələbəsi

Azərbaycan Premyer Liqasında XII tura start verilib. Turun ilk günündə iki matç keçirilib. Bakıda baş tutan qarşılaşmalarda paytaxt klubları üz-üzə gəlib. Hər iki görüşdə meydan sahibləri qələbə qazanıblar.

“Keşlə”ni qəbul edən “Sabah” ardıcıl ikinci qələbəsini qazanıb – 2:1. Amin Seydiyevlə Aleksey İsayevin qollarına qonaqlar yalnız fasilədən sonra Sadio Tounkaranın dəqiq zərbəsi ilə cavab verib. 5 turdur uduzmayan “Sabah” xal hesabını 14-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. “Keşlə” isə 10 xalla 7-ci yerdə qərarlaşıb.

Son üç turda uduzan “Neftçi” və “Səbail arasında duelin taleyini bir qol həll edib. Vüsal Əsgərovun qolu ilə üç xal qazanan son çempion uğursuzluq zolağından çıxıb. 20 xala malik “ağ-qaralar” 3-cü yerə yüksəlib. Autsayderin aktivində isə 9 xal qalıb.

Qeyd edək ki, sabah “Sumqayıt” – “Zirə”, ertəsi gün “Qəbələ” – “Qarabağ” matçları keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“İnter”də 5 illik anlaşma

Növbəti yazı

Günün kuponu – 28.11.2021