“Sabah” önə keçdi

“Sabah” önə keçdi

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib. “Sabah”la “Xəzri” arasında 3-cü duel baş tutub.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutub. Fasiləyə kimi oyun bərabər səviyyədə keçib. 3-cü periodda 11 xallıq üstünlük qazanan “Sabah” inamlı qələbə qazanıb. Çempion “Xəzri”ni 75:59 hesabı ilə məğlub edərək, seriyada önə keçib.

Qeyd edək ki, komandalar arasında növbəti matç mayın 24-də keçiriləcək.

Azərbaycan Basketbol Liqası
Final
3-cü oyun
22 may
“Sabah” – “Xəzri” – 75:59 (18:19, 17:15, 25:14, 15:11)

ETOPAZ

Əvvəlki yazı

Avstriyanın heyəti bəlli oldu

Növbəti yazı

Emrelidən növbəti titul