“Sabah” avrokuboklara qələbə ilə başladı

“Sabah” avrokuboklara qələbə ilə başladı

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Təmsilçimiz “Sabah” turnirdə ilk matçına çıxıb.

Komandamız Latviyanın RFŞ klubunun qonağı olub. Görüş “bayquşlar”ın üstünlüyü ilə keçib. Hesab ilk hissədə açılıb. Boyan Letiç fərqlənib. Bakılılar ikinci yarıda daha bir qol vurub. Davit Volkov adını tabloya yazdırıb – 2:0. Tərəflərin səylərinə baxmayaraq görüş bu hesabla başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 28.07.2023

Növbəti yazı

Adrian Mutu: “Bura qələbə qazanmaq üçün gəlmişik”