“Sabah” 50-yə çatdı

“Sabah” 50-yə çatdı

“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci quru oyununu keçirib. Bakı klubu XX turun “Zirə” ilə səfər matçında qapısını toxunulmaz saxlayıb – 1:0.

2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan paytaxt təmsilçisi 161-ci qarşılaşmada “100”ü yarılayıb. “Sabah” evdə 23, səfərdə 27 görüşü qol buraxmadan tərk edib. Bakı təmsilçisi ölkə çempionatlarında 50 və daha çox quru oyun keçirən 21-ci komandadır.

“Sabah”ın Premyer Liqada qol buraxmadığı ilk matç 2018-ci il avqustun 12-də baş tutub. Həmin gün “Şamaxı” üzərində 1:0 hesablı səfər qələbəsi əldə olunub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan 50-ci qol

Növbəti yazı

Alonsoya 4 müştəri