“Sabah” “100”ə çatdı

“Sabah” “100”ə çatdı

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb. Bu, Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.

Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.

“Sabah” 85-ci səfər matçında bu qolu buraxıb.

ETOPAZ

Əvvəlki yazı

“40”a çatdı: “Neftçi” tarixində 5-ci 

Növbəti yazı

“Zirə”dən tarixi qələbə