“Səbail” “Kəpəz”i məğlub etdi

“Səbail” “Kəpəz”i məğlub etdi

Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilir. Günün son matçında “Səbail” “Kəpəz”i qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Ardıcıl hücumlar təşkil edən komanda qol vurmaqda çətinlik çəkib. İkinci hissə isə əksinə qərblilərin fəallığı ilə keçib. Lakin 77-ci dəqiqədə Franko Mazurek bakılılara qələbə qazandıran topu vurmağı bacarıb – 1:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 01.02.2023

Növbəti yazı

İngiltərədə yeni rekord