“Səbail” səfərdən böyükhesablı qələbə ilə dönür

“Səbail” səfərdən böyükhesablı qələbə ilə dönür

Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir. “Kəpəz” “Səbail”i qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Martins Junior adını tabloya yazdırıb. Lakin qonaqlar ilk hissənin son dəqiqəsində Aleksandr Ramalinqomla hesabı bərabərləşdirib. İkinci yarı isə tamamilə “Səbail”in üstünlüyü ilə keçib. Öncə Rüfət Abdullazadə komandasını hesabda irəli çıxarıb. Ardından Suleyman Alluş dubl müəllifi olub. Beləliklə, Şahin Diniyevin yetirmələri səfərdən 4:1 hesablı qələbə ilə dönüb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl” Kellini istəyir

Növbəti yazı

Gündoğan karyerasında ilk dəfə