Rusiya Premyer Liqası üzvlükdən çıxarıldı

Rusiya Premyer Liqası üzvlükdən çıxarıldı

Avropa Peşəkar Futbol Liqaları Asossasiyası (EPFL) Rusiya Premyer Liqası ilə bağlı qərar verib. Qurum ölkə çempionatını üzvlükdən çıxarıb.

Avropa Peşəkar Futbol Liqaları Asossasiyasının İdarə Heyəti RPL-i üzvlükdən çıxarmaq qərarına gəlib. Həmçinin bu, Milli Futbol Liqasına da şamil olunub.

Qeyd edək ki, FIFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.

ETOPAZ

Əvvəlki yazı

Bundesliqa matçı təxirə salındı

Növbəti yazı

“Barselona” gənc oyunçunu heyətinə qatacaq