Rusiya komandaları yarışlardan kənarlaşdırıldı

Rusiya komandaları yarışlardan kənarlaşdırıldı

FIFA və UEFA Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Bu barədə FIFA Şurası və UEFA İcraiyyə Komitəsi birgə qərar qəbul edib.

Kənarlaşdırılma bütün yığmalara və klublara şamil olunur. Bu, növbəti qərara qədər qüvvədə olacaq.

Adıçəkilən qurumların qərarına əsasən Rusiya yığması DÇ-2022-nin pley-off mərhələsinə qatılmayacaq, komandaya yarımfinalda Polşa ilə matçda texniki məğlubiyyət veriləcək. Həmçinin Moskva “Spartak”ının da Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə oyunları ləğv olunub. Almaniya klubu növbəti mərhələyə adlayıb.

Bundan başqa, UEFA sponsoru “Qazprom”la əməkdaşlığı dayandırdığını açıqlayıb. Çempionlar Liqası, milli komandaların yarışları və AVRO-2024 daxil olmaqla, adıçəkilən şirkətlə bütün mövcud müqavilələr ləğv olunub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 01.03.2022

Növbəti yazı

“Arsenal”da rekord məbləğ