Runinin keçidi rəsmiləşdi
Ueyn Runinin işsiz günləri sona çatıb. Onun yeni işyeri bəlli olub.
İngiltərəli “Birmingem”in baş məşqçisi təyin olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Runinin son işyeri “Vaşinqton Yunayted” olub.