Rudigerin transfer şərtləri müəyyənləşdi

Rudigerin transfer şərtləri müəyyənləşdi

Antonio Rudiger “Real”a keçməyə çox yaxındır. Onun transferinin maliyyə şərtləri də məlum olub.

Müdafiəçinin maaşı ildə təxminən 9 milyon avro olacaq. Almaniyalı 8 milyon avro imza bonusu alacaq – müqavilənin hər ili üçün 2 milyon ödəniləcək.

Beləliklə, ümumilikdə 29 yaşlı oyunçu müqavilənin 4 ili ərzində “Real”da 44 milyon avro qazanacaq. Bu, onun öncədən istədiyi məbləğdən 11 milyon azdır.

Bundan əlavə, Madrid klubu Rudigeri “Çelsi”dən pulsuz transfer edəcəyi üçün agentlərə 15 milyon avro komissiya ödəyəcək. Bu o deməkdir ki, Rudigerin 2026-cı ilə qədər müqaviləsi “Real”a 59 milyon avroya başa gələcək.

ETOPAZ

Əvvəlki yazı

Pley-off tarixində ilk

Növbəti yazı

Devin Buker meydana döndü