Ronaldoya Mayamidən təklif

Ronaldoya Mayamidən təklif

Kriştiano Ronaldo karyerasını MLS-də davam etdirə bilər. “Mançester Yunayted”dən ayrılacağı gözlənilən hücumçu “İnter Mayami”nin hədəfindədir.

ABŞ klubu karyerasını bitirən Qonsalo İquaynın əvəzinə forvard axtarır. Portuqaliyalı bunun üçün ən yaxşı variant hesab olunur. Mayami təmsilçisi artıq ilkin təklif hazırlayıb.

37 yaşlı hücumçunun keçidi bu qış reallaşa bilər. Mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçunun yanvarda satılması inandırıcı görünür. Qeyd edək ki, Ronaldo və İquayn 2009-13-cü illərdə “Real”da birlikdə çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Morentdən 49 xal

Növbəti yazı

Son vəsiqə Sakkaridə