Ronaldonun “Vest Hem”lə oyunda iştirakı sual altında
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Premyer Liqanın XXIII turunu buraxa bilər. Portuqaliyalı ulduz “Vest Hem”lə oyundan öncə ağrılar hiss edir.
37 yaşlı hücumçu “Brentford”la matçda (3:1) yaşadığı boynundakı problemdən əziyyət çəkir.
Baş məşqçisi Ralf Ranqnik onun durumu ilə bağlı narahatlığını dilə gətirib. Mütəxəssis futbolçunun sabahkı matçda iştirakı ilə bağlı son anda qərar verəcək.