Ronaldodan son 7 ilin rekordu

Ronaldodan son 7 ilin rekordu

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 54-cü qolunu vurub. O, Səudiyyə Ərəbistanı çempionatının “Əl-Taavun”la (4:1) görüşündə fərqlənib.

38 yaşlı hücumçu özünün son 7 ildəki yaxşı nəticəsinə imza atıb. Ronaldo 55 qol vurduğu 2016-cı ildən sorna belə məhsuldarlıq göstərməyib.

Onun şəxsi rekordu isə 2013-cü ildə qeydə alınıb. Həmin vaxt Kriştiano 69 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

1,22 milyard avroluq “11-lik”

Növbəti yazı

“Bavariya”nın yeni baş məşqçi planı