Ronaldodan rekordlar, “Mançester Yunayted” uduzdu

Ronaldodan rekordlar, “Mançester Yunayted” uduzdu

Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsi start götürüb. İngiltərə təmsilçisi “Mançester Yunayted” İsveçrədə “Yanq Boyz”a məğlub olub – 1:2. Bu görüşdə Kriştiano Ronaldo öz rekordunu yeniləyib, daha üç rekorda şərik çıxıb.

“Yanq Boyz”la səfər görüşündə hesabı açan Ronaldo Çempionlar Liqasında 135-ci qoluna imza atıb. O, özünün müəllifi olduğu turnirin mütləq rekordunu yeniləyib. Portuqaliyalının ən yaxın izlətyiciləri Lionel Messi 120, Robert Levandovski 73 qola sevinib.

O, Çempionlar Liqasında 177-ci oyununa çıxıb. “Mançester Yunayted”in hücumçusu bununla da turnirin İker Kasilyasa məxsus rekordunu təkrarlayıb. Portuqaliyalı “Real”da 101, “Mançester Yunayted”də 53, “Yuventus”da 23 matçda iştirak edib.

İsveçrə klubu Ronaldonun Çempionlar Liqasında qol vurduğu 36-cı rəqibdir. O, bu göstəricidə Lionel Messinin rekordunu təkrarlayıb.

Kriştiano Çempionlar Liqasının ardıcıl 16-cı mövsümündə qol vurub. O, bu göstəricidə Kərim Benzema və Lionel Messinin rekorduna çatıb.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt”də yeni oyunçu

Növbəti yazı

NBA-da vaksinasiya məcburi olmayacaq