Ronaldo yenə məşqə gəlmədi

Ronaldo yenə məşqə gəlmədi

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo yenə komandanın məşqinə qatılmayıb. 37 yaşlı hücumçu mövsümöncəsi hazırlığın ilk 4 gününü  boşa verib.

İyulun 4-də komandaya qoşulmalı olan portuqaliyalı hələ də məşqlərə başlamayıb. Mançester təmsilçisi sabah Avstraliya və Tailand turuna yollanmalıdır.

Futbolçu bu yay komandadan ayrılmaq niyyətindədir. İngiltərə təmsilçisi də təklifləri dəyərləndirməyə hazırdır. Ronaldonun agenti Jorje Mendeş onun üçün münasib variant axtarışındadır.

Qeyd edək ki, Ronaldonun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”un transfer planı

Növbəti yazı

“Finiks”də 224 milyonluq müqavilə